Finlandiya ölkənin şərqində Rusiya sərhədində yerləşən İmatra keçid məntəqəsinin hər iki tərəfində üç kilometr uzunluğunda hasarın tikintisinə başlanıldığını açıqlayıb.
İnterpress.az xəbər verir ki, hasar maneələrinin çəkilişinin pilot mərhələdə olduğu bildirilib.
Açıqlamada bildirilib ki, bu gün meşələrin təmizlənməsi ilə işlərə başlanılıb: “İmatra keçid məntəqəsinin hər iki tərəfində üç kilometrlik hasarın çəkilişinə başlanılıb. Mart ayında yol tikintisi və hasarın yığılmasına başlanacaq. Daha sonra texniki nəzarət işləri aparılacaq. Pilot tətbiqetmənin iyunun sonunda başa çatdırılması gözlənilir”.
Açıqlamada qeyd olunub ki, sözügedən layihə üçün hökumət tərəfindən ayrılan vəsait 70 kilometrlik səddin üçün istifadə olunacaq.