Bakıda Od çərşənbəsi qeyd olunub.
İnterpress.az xəbər verir ki, mərasim İçərişəhər ərazisində təşkil olunub.
Yerli sakinlər tərəfindən ərazidə tonqal qalanıb.
İnsanlar tonqalın ətrafına toplaşaraq Od çərşənbəsini qeyd ediblər.
Mərasimə İçərişəhərdə gəzintiyə çıxan əcnəbi turistlər də qatılıb.
Od çərşənbəsi mərasimi və bu zaman tonqal qalanması əcnəbilər tərəfindən maraqla qarşılanıb.