“Dağlam həyat tərzi səmərəli qidalanmanı özündə etiva edir”.
Bu sözləri İnterpress.az-a açıqlamasında tanınmış həkim-cərrah Janna Xudaverdiyeva deyib.
O bildirib ki, qida rasionunda insanın 5 əsas tərkib hissəsinə ehtiyacı var: “Zülallar, karbohidratlar, yağlar, vitaminlər mineral duzlar (su nəzərə alınmır). Müxtəlif yaş dövrlərində heyvan və bitki məhsulları arasındakı nisbət dəyişə bilər. Bütün yaşlarda, xüsusən yeniyetmənin, qida rasionunu maksimum meyvə və tərəvəz təşkil etməlidir. Bunlar yeməyi mineral maddələr və vitaminlərlə zəngin etməklə bərabər, asan həzmə də kömək edirlər.
Qidalanma mütəmadi olmalıdır. Yaxşı olar ki, gün ərzində 3 dəfədən az olmasın. Yemək vaxtı belə bölünür: səhər yeməyi – gündəlik normanın 30%-ni, nahar – 50%-ni, şam yeməyi – 20%-ni . Сох yemək piyləndirir. Yeməkdən sonra açıq havada gəzmək məsləhətdir”.