Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda saxta valyuta satmaq faktı üzrə bir nəfəri saxlayıblar.
İnterpress.z xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat verib.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qanunsuz maddi səmərə əldə etmək məqsədilə, Tbilisidə külli miqdarda saxta valyuta satıb.
İstintaq tədbirləri nəticəsində 20 250 ABŞ dolları məbləğində saxta əskinas aşkar edilərək götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 7 ildən 10 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 212-ci maddəsinin ikinci hissəsi ilə aparılır.