ABŞ-ın Merilend ştatının Frederik şəhərində bıçaqlı şəxs polis tərəfindən güllələnib.
Bu barədə İnterpress.az xarici emdiaya istinadən xəbər verir.
Polis rəsmiləri bildiriblər ki, şərti cəzanı pozduğu üçün axtarışda olan şəxs evində şkafda gizlənmiş vəziyyətdə tapılıb.
Bildirilib ki, 3 polis əməkdaşı tərəfindən “bıçağı yerə qoyun” əmri verilən şəxs bıçağı buraxmadan polislərdən birinə tərəf addımlayıb və digər iki polis tərəfindən güllələnib.
Hadisədən sonra təcili yardım çağırıldığı, güllələnən şəxsin hadisə yerində öldüyü bildirilib.
Baş Prokurorluğun Müstəqil İstintaq Şöbəsi bildirdi ki, hadisə yerində olan bütün məmurlar bədən kameraları daşıyırlar və qeydə alınan görüntülər adətən 14 gün ərzində yayımlanır.