İsveçrə Milli Bankı ötən il valyuta mövqelərindəki itkiyə görə yekun məlumatlarla 132,5 milyard İsveçrə frankı (141,5 milyard dollar) zərər açıqlayıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, bank 2022-ci il üçün yekun maliyyə nəticələrini açıqlayıb.
Müvafiq olaraq, bank keçən il istiqraz və səhm bazarlarındakı azalmalar nəticəsində 132,5 milyard İsveçrə frankı (141,5 milyard dollar) itirib.
Sözügedən rəqəmin İsveçrə Milli Bankının 115 illik tarixində ən böyük itki olması diqqət çəkib.
Son zamanlar inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artıran SNB valyuta mövqelərindən 131,5 milyard İsveçrə frankı itirib. Bankın qızıl mövqeyi 400 milyon İsveçrə frankı artıb.
Bank 2021-ci ildə 26 milyard İsveçrə frankı qazanacağını açıqlayıb və 6 milyard İsveçrə frankı dividend paylayıb.