Türkiyədə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 46 104-ə çatıb.
Bu barədə İnterpress.az yerli KİV-ə istinadən xəbər verir.
Məlumata görə, zəlzələdə yaralananların sayı isə 100 mini keçib.
2 milyondan çox şəxs isə təxliyə edilib.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ olub.
Xeyli sayda insan tələfatı və genişmiqyaslı dağıntılarla nəticələnən bu yeraltı təkan dünyada “Əsrin fəlakəti” adlandırılıb.