Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ olub.
İnterpress.az xəbər verir ki, yeraltı təkan 4.4 bal gücündə qeydə alınıb.
Saat 12.40-da baş verən zəlzələnin dərinliyi 7,52 kilometr olub.
Qeyd edək ki, fevralın 6-da episentri Kahramanmaraş vilayətində olan 7.7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkan xeyli sayda insan tələfatı və genişmiqyaslı dağıntılarla nəticələnib.