Türkiyədə zəlzələ bölgəsində 16 ölkə tərəfindən 34 səhra xəstəxanası yaradılıbbackend

Türkiyədə zəlzələ bölgəsində 16 ölkə tərəfindən 34 səhra xəstəxanası yaradılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə zəlzələ bölgəsində 16 ölkə tərəfindən 34 səhra xəstəxanası yaradılıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

16 ölkə zəlzələ bölgələrində 34 səhra xəstəxanası qurarkən, indiyədək Türkiyəyə 179 min 655 çadır, 2 min 76 yaşayış konteyneri və 2 min 75 səyyar gigiyena qurğusu gətirilib.

Natura yardımı çərçivəsində 1 milyon 879 min 145 adyal, 269 min 747 yataq kisəsi, 96 min 462 çarpayı, 33 min 810 generator, 7 min 488 ton geyim, 4 min 109 ton gigiyena tibbi ləvazimat və 6 min 908 ton ərzaq Türkiyəyə çatıb.