Meksikada qadın ölümlərinə qarşı etiraz aksiyaları keçirilibbackend

Meksikada qadın ölümlərinə qarşı etiraz aksiyaları keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada qadın ölümlərinə qarşı etiraz aksiyaları keçirilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Meksikada “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə əksəriyyəti qadınlar olan minlərlə insan toplaşaraq qadın qətlinə etiraz ediblər.

Meksika mətbuatında dərc olunan xəbərə görə, paytaxt Mexikoda Milli Sarayın yerləşdiyi meydana toplaşan izdihamlı qruplar zaman zaman təhlükəsizlik qüvvələri ilə gərginlik yaşayıb.

Bir qrup hökumət sarayının pəncərələrini yandırdıqdan sonra hərəkətə keçən polis bibər qazı ilə müdaxilə edib.

Hadisə yerinə göndərilən yanğınsöndürənlərin yanğını söndürdüyü, xəsarət alan olmadığı bildirilib.

Ölkənin müxtəlif şəhərlərində yürüş keçirən qruplar qadınlara qarşı zorakılığa etiraz edərək, qadınların hüquqlarını müdafiə etməyə çağırıblar.

Meksika Latın Amerikası ölkələri arasında qadın qətlinin ən yüksək olduğu ölkə kimi tanınır.