Nigeriyada qatarla sərnişin avtobusu toqquşub: ölənlər varbackend

Nigeriyada qatarla sərnişin avtobusu toqquşub: ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın Laqos şəhərində qatarla sərnişin avtobusunun toqquşması nəticəsində 3 nəfər ölüb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Məlumata görə, çoxlu sayda insan da yaralanıb.

Hadisə yerinə xilasedicilər və təcili yardım qrupları göndərilib və 15 nəfər xilas edilib.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu və ölənlərin sayının artacağı istisna edilmir.