İspaniyada mədən qəzası olub.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, hadisə İspaniyanın şərqindəki Barselona şəhərinin Suria rayonundakı kalium mədənində 900 metr dərinlikdə baş verib.
Məlumata görə, saat 09:00 radələrində potaş mədəninə məxsus mədəndə baş verən çökmə nəticəsində içəridə qalan ən azı 3 mədən işçisi həyatını itirib.
Dağıntılar altında qalan fəhlələrin çıxarılması üçün işə başlanılıb.
Bildirilir ki, bu hadisə son illərdə Kataloniyada mədənlərdə baş verən ən böyük qəzadır.