ABŞ müdafiə xərclərini 26 milyard dollar artırmaq niyyətindədirbackend

ABŞ müdafiə xərclərini 26 milyard dollar artırmaq niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ 2024-cü ildə müdafiə xərclərini 3,2 faiz artıraraq 842 milyard dollara çatdıracaq.

Bu, növbəti maliyyə ili üçün ABŞ federal büdcəsi layihəsində öz əksini tapıb.

Sənədə görə, 2024-cü maliyyə ilində müdafiə ehtiyacları üçün 842 milyard dollar ayrılması təklif edilir.

“Bu, 2023-cü illə müqayisədə 26 milyard dollar və ya 3,2 faiz çoxdur”, – büdcə layihəsində qeyd olunub.

Layihədə nüvə arsenalının modernləşdirilməsinə 37,7 milyard dolların ayrılması da öz əksini tapıb.