Parisdə incəsənət tədbirində Azərbaycanın görkəmli musiqiçilərinin əsərləri ifa edilibbackend

Parisdə incəsənət tədbirində Azərbaycanın görkəmli musiqiçilərinin əsərləri ifa edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın paytaxtı Parisdə şəhərin istedadlı sənətkar qadınlarına həsr olunmuş tədbirdə pianoçu Səidə Zülfüqarova Azərbaycan musiqilərini ifa edib.

Paytaxtın 8-ci rayonunun İcma həyatı və Vətəndaş Evində baş tutan tədbirdə Azərbaycanın istedadlı pianoçusu Səidə Zülfüqarova Fikrət Əmirov, Arif Məlikov, Ədilə Hüseynzadənin əsərlərini ifa edib.

Tədbirdə Azərbaycan şairəsi Məhsəti Gəncəvinin şeirlərindən bir hissə qonaqlara təqdim olunub.

Tədbirdə paytaxtın istedadlı musiqiçiləri, rəqqasələri, səhnə ustaları, rəssamları təmsil olunublar.