İzmirdə yol qəzası: 2 ölü, 1 yaralıbackend

İzmirdə yol qəzası: 2 ölü, 1 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İzmirin Səlcuq rayonunda istinad divarına dəyən avtomobilin aşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Səlcuqdan Torbalı istiqamətinə hərəkət edən sürücüsü hələlik məlum olmayan avtomobil aşıb, daha sonra yol kənarındakı istinad divarına çırpılıb.

Avtomobildə olan Yiğit Yılmaz və İbrahim Tuğcunun həyatını itirdiyini müəyyən edilib.

Yaralı Zeynep D. Torbalı Dövlət Xəstəxanasına aparılıb.