Türkiyədə zəlzələdən zərər çəkən Qaziantep və Adanada məktəblər martın 13-də açılacaq.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən zərər çəkən Qaziantep və Adanada təhsil prosesi martın 13-də başlayır.
Qaziantep valisi Davud Gül məktəblərin açılması ilə bağlı işlərin və qiymətləndirmələrin tamamlandığını bildirib:
“Son hazırlıqlarımızı nəzərdən keçirdik. Martın 13-ü bazar ertəsi tələbələrimizlə görüşürük”.