“Gürcüstanda hakimiyyət etirazçıların qarşısında geri çəkildi və “xarici agent haqqında” qanunun qəbulundan imtina etdi, hərçənd, Tbilisi küçələrinin bununla sakitləşəcəyi ehtimalı azdır”.
İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.
“Çünki ABŞ-ın kəşfiyyat şəbəkəsinin fəaliyyətinə mane ola biləcək qanun burada prosesin görünən tərəfidir, böyük tabloda isə Gürcüstan Vaşinqton üçün Cənubi Qafqazda Rusiyaya, Avrasiyada Çinə qarşı mübarizə coğrafiyalarından birini təşkil edir. Bu baxımdan, İvanişvilinin “xaç atası” olduğu sistemin dəyişməsi uğrunda mübarizənin aktiv mərhələyə keçəcəyi gözləntisi böyükdür.
Azərbaycanın Qərb qapısı olan Gürcüstanda ABŞ-ın, yaxud Çinin “qalib” olması bizim perspektiv maraqlarımız üçün o qədər də böyük risk yaramır, hər iki halda Avropa bazarına çıxmaq və Asiya bazarına körpü olmaq imkanımız qalır. Ən böyük risk Avropa bazarına çıxış qapımızda Rusiyanın “qalib” olmasıdır”, – o bildirib.