Pakistanda toqquşmalarda 5 silahlı zərərsizləşdirilib.
Bu barədə İnterpress.az xarici KİV-ə istinadən xəbər verir.
Pakistanın Şimali Vəziristan və Cənubi Vəziristan bölgələrində baş verən qarşıdurmada təhlükəsizlik qüvvələri 5 silahlını zərərsizləşdirib.
Pakistan ordusundan verilən açıqlamada təhlükəsizlik qüvvələrinin Şimali Vəziristan və Cənubi Vəziristan bölgələrində ayrı-ayrı əməliyyatlar həyata keçirdiyi bildirilib. Toqquşmalarda 5 yaraqlının zərərsizləşdirildiyi bildirilib.
Pakistan ordusunun bəyanatında yaraqlıların hansı təşkilata mənsub olduğu barədə məlumat paylaşılmayıb.
Martın 8-də Şimali Vəziristanda 9 yaraqlı zərərsizləşdirilib.