Türkiyədə zəlzələdən zərər çəkmiş 3 əyalətdə məktəblər fəaliyyətə başlayıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Kahramanmaraşda baş verən iki güclü zəlzələdən sonra bölgədə təhsil dayandırılmışdı.
Bu gün zəlzələdən zərər çəkən Adana, Osmaniye və Qaziantep vilayətlərində məktəblərdə zənglər çalınıb.
Bu məktəblərdə ümumilikdə 1 milyon 300 min şagird dərslərinə başlayıb.
Qeyd edək ii, bölgədəki çadır və konteyner şəhərlərində də modul tipli məktəblər yaradılıb.