Ukrayna prezidenti Vladimir Zelenski münaqişələrin davam etdiyi Baxmut şəhərində martın 6-dan bəri 1100 rus əsgərinin zərərsizləşdirildiyini açıqlayıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Zelenski toqquşmaların davam etdiyi Baxmut şəhərində martın 6-dan bu yana 1100 rus əsgərinin öldürüldüyünü, 1500-ün isə yaralandığını açıqlayıb.
Zelenski həmçinin bildirib ki, onlarla Rusiya texnikası məhv edilib, 10-dan çox Rusiya silah-sursat anbarı məhv edilib.