İlham Əliyev: “Qazın artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub”backend

İlham Əliyev: “Qazın artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.

“Biz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün hər şeyi edirik. Bizim qaz təchizatımızın artıq kifayət qədər şaxələndirilmiş coğrafiyası var”, – deyə dövlətimizin başçısı vurğulayıb.