Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunda (“YAŞAT” Fondu) toplanan vəsaitin məbləği açıqlanıb.
Bu barədə İnterpress.az-ın sorğusuna cavab olaraq Fonddan məlumat verilib.
Belə ki, indiyədək Fonda 77 130 337.04 manat vəsait toplanıb.
Onun da 75 575 943.57 manatı xərclənib
Hazırda Fonddakı qalıq vəsaitin həcmi 1 554 393.47 manatdır.