Adı din, özü tin “qardaşlarımız” – Toğrul Allahverdili yazırbackend

Adı din, özü tin “qardaşlarımız” – Toğrul Allahverdili yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünü müsəlman adlandıran İran, din qardaşları olan Azərbaycan xalqı ilə düşmənçiliyini, qeyri-dinin nümayəndələri olan ermənilərlə isə dostluğunu davam etdirir.

Bu sözləri İnterpres.az-a açıqlamasında bunu “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili deyib.

Burada söhbət hansısa dinin təəssübkeşliyindən getmir, söhbətin əsas məğzi ondan ibarətdir ki, İslamdan başqa bütün dinləri aşağılayan, o dinlərin nümayəndələrini təhqir edən bu rejim nədənsə bu dəfə xristianlarla dostluğa üstünlük verib.

Hər şey gün kimi aydındır.

İranın Azərbaycana və Azərbaycan xalqına olan ögey, soyuq və qərəzli münasibəti hələ əsrlər öncəyə qədər gedib çıxır. Sadəcə olaraq bu münasibət son illər hazırkı rejimin dövründə daha da “çiçəklənib”. Farsların azərbaycanlılara qarşı olan düşmən mövqeyi Güney Azərbayandakı soydaşlarımıza münasibətdə daha aydındır.

Amma İran rejimi bilməlidir ki, müsəlman adı altında əslində terror yuvaları qurmaları, terrorçular yetişdirmələri və qonşu ölkələrdə təxribatlar törətmək istəkləri dünya ictimaiyyətinin diqqət mərkəzindədir.

Dünyada İslamı gözdən salmaq üçün ciddi cəhdlə çalışan bu rejim hazırda öz tənəzzül dövrünü yaşayır.

Ölkənin əhalisi və vətəndaşları bu rejimi qəbul etmir və hökumətin getməsi üçün ötən ildən bəri aksiyalar keçirirlər. Amma rejimin qəddar polisi hətta silah gücünə olsa belə etirazçıları güllələyir, öldürürür və qətlə yetirirlər. Bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verir.

İran rejimi anlamalıdır ki, din adı altında özünü tin uşaqları kimi aparmağı ona baha başa gələ bilər!!!!