Pakistanda toqquşmalarda 4 polis ölübbackend

Pakistanda toqquşmalarda 4 polis ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Bəlucistan əyalətində silahlılarla polis əməkdaşları arasında baş verən qarşıdurmada 4 polis həlak olub, bir yaraqlı isə zərərsizləşdirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Dünən Kuettada törədilən bombalı hücumdan sonra əməliyyata başlayan polislə Kuçlak bölgəsində silahlılarla qarşıdurma yaşanıb.

Baş verən qarşıdurmada 4 polis həyatını itirib, bir yaraqlı isə zərərsizləşdirilib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Dünən Kuettanın hərəkətli küçəsində törədilən bombalı hücumda 2-si polis olmaqla 4 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.

Son aylar Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb.

İslamabad bildirir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırılıb və idarə olunub. Əfqanıstan bu iddiaları rədd edir.

Pakistanın Peşəvər şəhərində yanvarın 30-da günorta namazı vaxtı məscidə intiharçı hücumu nəticəsində əksəriyyəti polis olmaqla 102 nəfər həlak olub.

Martın 6-da Bəlucistanda intiharçı hücumu nəticəsində 10 polis həlak olub.