“Dizaynın sirləri” adlı layihə baş tutubbackend

“Dizaynın sirləri” adlı layihə baş tutub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının tərəfdaşlığı ilə “Dizaynın sirləri” adlı layihə həyata keçirilib. Layihənin məqsədi Azərbaycanda qrafik-dizayn peşəsinə marağı olan gənclərin maarifləndirilməsi və bu sahədə əmək bazarındakı mövcud vəziyyət, reallıqlar və tələblər haqqında məlumat verməkdir.

İnterpress.az xəbər verir ki, layihə çərçivəsində ümumilikdə 4 təlim baş tutub və hər bir təlimdə 15 nəfər iştirak edib. Təlimlər zamanı “Coca-Cola” şirkətinin yaradıcı dizayneri Seymur Allahyarlı və təlimçi Cavid Vahidovun təqdimatında qrafik dizaynın əsasları barədə gənclərə ətraflı məlumat verilib, dizayn işlərinin müxtəlif sahələrə uyğun tətbiqi, fərdin və ya şirkətin fəaliyyətinin dizayn həllərindən bəhs olunub, gənclərin çoxsaylı sualları cavablandırılıb.

Sonda gənclər layihəni uğurla başa vurduqlarına görə sertifikatla təltif olunublar.

Qeyd edək ki, “Dizaynın sirləri” adlı layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsi çərçivəsində qalib olub.