Fransanın Villerup və Odun-le-Tiş şəhərlərində silahlı hücumlar nəticəsində 5 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Villerup şəhərində əvvəlcə silahlı şəxs park edilmiş avtomobillərdə olan gənclərə atəş açıb.
Hücum nəticəsində 3-ü ağır olmaqla ümumilikdə 4 nəfər yaralanıb.
Hücum edən şəxs avtomobillə hadisə yerindən qaçıb.
Villerup şəhərindən təxminən 3 kilometr aralıda yerləşən Audun-le-Tiche şəhərində silahlı hücum nəticəsində daha bir nəfər yaralanıb.
Yaralılar müxtəlif xəstəxanalara aparılarkən, bu hücumların narkotik ticarəti ilə əlaqəli ola biləcəyi düşünülür.