Avropa İttifaqı (Aİ) bu həftə keçiriləcək G7 sammitində Ukraynaya maliyyə və hərbi dəstək, Rusiyaya qarşı yeni sanksiyalar və Çinlə iqtisadi əlaqələrdə izlənəcək rəftarı gündəmə gətirəcək.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen və Aİ Şurasının Prezidenti Şarl Mişel 16-17 mayda İslandiyada Avropa Şurası sammiti, 19-21 mayda Yaponiyada G7 Liderlər Zirvəsi barədə gözlənilən qiymətləndirmələr aparıblar.
Ursula fon der Leyen G7 Sammitində Ukraynanın əsas gündəm maddələrindən biri olacağını, Ukraynaya sona qədər dəstək iradəsinin təsdiqlənəcəyini, hərbi dəstəyin sürətləndirilməsi ilə yanaşı, maliyyə dəstəyini də müzakirə edəcəklərini bildirib.