Məşhur saç ustası Con Frida 75 yaşında vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə noyabrın 3-də “Daily Mail” nəşri məlumat yayıb.
Məlumata görə, Con Frida həyatının son anlarında ailə üzvlərinin və ən yaxınlarının əhatəsində olub.
O, ilk bərbər salonunu 1976-cı ildə Londonda açıb. Uzun illər ərzində şahzadə Diana, Jaklin Kennedi, Pol Makkartni, Madonna, Nikol Kidman və Qvinet Peltrou kimi məşhurlarla çalışıb.
1988-ci ildə öz adını daşıyan saç kosmetikası brendini yaradıb. 14 il sonra brend Yaponiyanın “Kao” korporasiyası tərəfindən satın alınıb.
2025-ci ildə Con Frida Böyük Britaniyanın ən varlı beş gözəllik sənayesi nümayəndəsindən biri olub.
Xuraman Etibarlı
İnterpress.az






