ABŞ-da atışma nəticəsində 3 nəfər ölübbackend

ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Nyu-Meksiko ştatının Farminqton şəhərində atışma baş verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hücum nəticəsində azı 3 nəfər ölüb, 2 polis əməkdaşı yaralanıb.

Xəstəxanaya çatdırılan yaralıların vəziyyətinin stabil olduğu, silahlı basqının hadisə yerində polis tərəfindən zərərsizləşdirildiyi bildirilib.

Hücum edənin kimliyi açıqlanmayıb.

Hücum səbəbilə Farmington Məktəb Bölgəsi rəhbərliyinin şəhərdəki bütün məktəblərin bütün giriş-çıxışlarını bir müddətlik dayandırdığı, hadisədə şagirdlərin və məktəb işçilərinin zərər görmədiyi qeyd edilib.

Hücum edənin kimliyi və hadisənin səbəbi ilə bağlı təfərrüatları ilə bağlı məlumat olmasa da, istintaqın davam etdiyi vurğulanıb

Təxminən 46.000 əhalisi olan Farminqton Nyu Meksiko ştatının paytaxtı Santa Fedən təxminən 320 kilometr şimal-qərbdə yerləşir.