Meksikada futbol meydançasına silahlı hücum nəticəsində 6 nəfər ölübbackend

Meksikada futbol meydançasına silahlı hücum nəticəsində 6 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın Hidalqo ştatında futbol meydançasına silahlı basqın nəticəsində 3-ü 18 yaşdan kiçik 6 nəfər həlak olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Polis rəisi Alejandro Rosales bazar günü əyalətin Atotonilko de Tula şəhərində futbol meydançasına silahlı hücum olduğunu bildirib.

Hücum nəticəsində 6 nəfərin öldüyü, onlardan 3-nün 18 yaşdan kiçik olduğu qeyd edilib. Hadisə şahidləri xəsarət alanların da olduğunu vurğulayıblar.

Səlahiyyətlilər hücumun səbəbi ilə bağlı məlumat paylaşmasa da, yerli sakinlər hadisənin qonşu əyalətdəki insanlarla düşmənçilik zəminində inkişaf edə biləcəyini iddia ediblər.

Meksikanın Morelos əyalətində 2022-ci ilin sentyabrında silahlı şəxslərin futbol matçı zamanı azarkeşlərə atəş açması nəticəsində 4 nəfər həlak olub.