Böyük Britaniyada yerləşən beynəlxalq telekommunikasiya şirkəti “Vodafone” üç il ərzində 11 min nəfəri işdən çıxaracaq.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
“Vodafone”un VOD.L-in yeni baş direktoru Margherita Della Valle üç il ərzində 11 min insanı işdən çıxaracaqlarını açıqlayıb.
Valle təxminən 100 min nəfərin çalışdığı “Vodafone”un “dəyişməyə” ehtiyacı olduğunu ifadə edib.
Şirkət bu il sərbəst pul axınının 1,5 milyard avro azalacağını və yeni maliyyə ilində mənfəətdə çox məhdud artım olacağını proqnozlaşdırıb.






