Avstraliyada hamilə sevgilisini öldürməkdə ittiham edilərək 12,5 il həbsdə olan şəxsə 1,6 milyon dollar təzminat ödəniləcək.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Scott Austic hamilə sevgilisi Steysi Tornun qətli ilə bağlı işdən azad edilib.
Qərbi Avstraliyanın dövlət naziri Con Quigley, Austicin 8,5 milyon dollar təzminat tələb etdiyini, lakin 1,6 milyon dollar ödəməyə razı olduğunu açıqlayıb.
Hökumət 1,6 milyon dollardan əlavə Austicə vəkillik haqqının da ödəniləcəyi barədə məlumat bildirib.
Austic-in vəkili Clint Hampson, müvəkkilinin təzminat məbləğindən məyus olduğunu söyləyib.
Scott Austicin uşağına hamilə olan Torn 2007-ci ildə Qərbi Avstraliyanın Boddinqton şəhərində bıçaqlanaraq öldürülüb.
Qətl işində Austic sevgilisini qətlə yetirdiyinə görə 25 il müddətinə azadlıqdan məhrum edilib və iş üzrə ilk apellyasiya şikayəti rədd edilib.
Austic, 2020-ci ildə Ali Məhkəməyə müraciət edib və məhkəmə, Austic-ə qarşı dəlillər qurulduğuna əsaslanaraq yenidən araşdırma başladıb.
Yenidən məhkəmə prosesində məhkəmə Austic-i günahsız sayaraq, Thorne qətlində istifadə edilən bıçağın otlaqda “başqası tərəfindən” əkilmiş olduğunu müəyyən edib.