Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Sudanda davam edən münaqişə səbəbindən 843 mindən çox insanın məcburi köçkün vəziyyətinə düşdüyünü, 259 min nəfərin isə qonşu ölkələrə köçdüyünü açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
BMqT Sudanda davam edən qarşıdurma və zorakılıqdan zərər çəkənlər üçün 209 milyon dollarlıq humanitar yardım çağırışı edib.
Bəyanatda Sudanda ordu ilə polis arasında aprelin 15-dən davam edən qarşıdurmanın daha da pisləşdiyi və bunun qonşu ölkələrə mənfi təsir etdiyi bildirilib.
BMqT-nin Sudandakı təcili ehtiyacları üçün 105 milyon dollara, münaqişə səbəbindən sudanlıların getdiyi qonşu ölkələr Misir, Liviya, Çad, Cənubi Sudan və Efiopiya üçün isə 105 milyon dollara ehtiyac olduğu qeyd edilib.
Sudandakı münaqişələrin milyonlarla insan üçün dağıdıcı nəticələri olduğu vurğulanaraq, ölkədə 25,7 milyon insanın humanitar yardıma ehtiyacı olduğu vurğulanıb.
Sudanda 843 mindən çox insan məcburi köçkün vəziyyətinə düşüb. Münaqişə davam edərsə, 1,8 milyon insanın məcburi köçkün olacağı gözlənilir. Münaqişədən əvvəl Sudanda 3,8 milyon insan didərgin düşüb, 1,1 milyon qaçqın olub.
Təxminən 259 min sudanlının qonşu ölkələrə getdiyi bildirilən açıqlamada, qarşıdurma davam edərsə, 1 milyondan çox insanın bu ölkələrə keçə biləcəyi bildirilib.