Qana Britaniya Muzeyindən qaçaqmalçılıq yolu ilə İngiltərəyə aparılan “Ashanti Crown”a məxsus qızıl əşyaları geri qaytarmağa çağırıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İngiltərə kralı III Çarlzın tacqoyma mərasimində iştirak edən Qana kralı II Otumfuo Osei Tutu Britaniya Muzeyinin direktoru Hartviq Fişerlə görüşüb.
Görüş zamanı Tutu Britaniya Muzeyindən 1874-cü ildə ingilislərlə müharibə zamanı Kumasidəki Asante sarayından qaçaqmalçılıq yolu ilə gətirilən qızılların geri qaytarılmasını istəyib.
Qana hökuməti 1974-cü ildə o zamankı Aşanti Kralından rəsmi tələblə 1874, 1896 və 1900-cü illərdə ingilis əsgərləri tərəfindən götürülmüş qızıl parçaları, geyim və digər qiymətli əşyaların geri qaytarılmasını xahiş edib.
Britaniya Muzeyi bildirir ki, o vaxtdan bəri Qanadakı Ashanti Kralı və Asante qəbilə mədəniyyətini təsvir edən Manhyia Saray Muzeyi ilə müsbət və davamlı əməkdaşlıq qurmaq üçün çalışır.
Muzey son illərdə kolleksiyasındakı eksponatların qaçaqmalçılıq yolu ilə aparıldığı ölkələrə qaytarılması üçün artan təzyiqlərə məruz qalıb.
Nigeriya kimi Afrika ölkələri müstəmləkəçilik dövründə qaçaqmalçılıq yolu ilə gətirilən tarixi əsərlərin öz mənşə ölkələrinə qaytarılmasında israr etsələr də, Britaniya hökuməti bu tələblərə müqavimət göstərir.






