Qardaş ölkədəki seçkilər türkofob dairələrin çirkin niyyətlərini puça çıxardı – ANALİTİKAbackend

Qardaş ölkədəki seçkilər türkofob dairələrin çirkin niyyətlərini puça çıxardı – ANALİTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə 14 mayda keçirilən seçkilərlə beynəlxalq müstəvidə fəaliyyət göstərən bəzi türkofob dairələrin çirkin niyyətlərini puça çıxardı.

14 mayda qardaş Türkiyədə keçirilən Prezident və 28-ci çağırış Parlament seçkiləri, bu il 100 yaşını qeyd edən Türkiyə Cümhuriyyətində vətəndaş həmrəyliyi və demokratik dəyərlərin aliliyinin nə qədər önəmli xarakter daşıdığını göstərdi. Səhərin erkən saatlarından seçki prosesini izləyən əksər yerli və beynəlxalq müşahidəçilər, həmçinin xarici media nümayəndələri şəffaf,ədalətli və təhlükəsiz seçki atmosferinin şahidi oldu. Türkiyə ictimaiyyəti böyük siyasi təcrübə və savadlı yanaşma ilə məntəqələrə axışaraq, konstitusion əsaslarla öz hüquqlarından istifadə etdilər.

Seçkidə namizədlər arasında ən çox səs toplayan hazırki Türkiyə Prezidenti və Cümhur İttifaqının vahid namizədi Rəcəb Tayyib Ərdoğanın 21 illik hakimiyyətindən sonra yenidən qardaş Türkiyə xalqının bu cür etimadını qazanması, əslində Türkiyə ictimaiyyətinin Ərdoğan rəhbərliyində Ədalət və İnkişaf Partiyası iqtidarına olan inamın göstəricisi idi.

Məhz bu mənada, Azərbaycan liderinin də türkiyəli həmkarını ən çox səs toplaması münasibətilə təbrik etməsi xalqlarımızın tarixi min illərə uzanan sarsılmaz və əbədi qardaşlıq əlaqələrinin növbəti sübutudur. Təbii ki, 28 may tarixində Türkiyə seçkilərinin 2-ci turunda qardaş Türkiyə xalqı növbəti dəfə seçkilərə gedərək, qarşıdaki 5 il ərzində Türkiyə liderinin kim olacağına qərar verəcək və qərarın necə olmasından asılı olmayaraq, Azərbaycan və Türkiyə xalqları hər zaman olduğu kimi səmimi birliyə davam edəcək.

Elə buna görə də, Azərbaycan ictimaiyyəti qardaş Türkiyə xalqının hər zaman olduğu kimi 28 mayda da ən doğru seçimi edəcəyi haqqında zərrə qədər şübhə duymur.

Və bizim həm də bu mənada qətiyyən şübhəmiz yoxdur ki, Türkiyənin min illərlə tarixə malik qədim dövlətçilik prinsip və ənənələri, regionda və dünyada getdikcə daha böyük əhəmiyyət daşıyan Azərbaycan faktorunu görməzdən gələnlərə qarşı öz ciddi reaksiyasını göstərəcək.

İnterpress.az-ın analitik qrupu