İtaliyanın keçmiş baş naziri və sağ mərkəzçi Forza Italia (FI) partiyasının lideri Silvio Berluskoni ağciyər infeksiyası səbəbindən 45 gün müalicə aldığı xəstəxanadan buraxılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Milanın San Raffaele xəstəxanasında aprelin 5-dən ağciyər infeksiyasından müalicə olunan və “xroniki leykemiya” diaqnozu qoyulan 86 yaşlı lider 45 günlük müalicə müddətindən sonra xəstəxananı tərk edib.
Qeyd edək ki, aprelin 5-də ürək-damar problemlərinə görə aparıldığı xəstəxanada bir neçə gündən sonra evə buraxılacağı yazılsa da, Berluskoni aprelin 16-dək reanimasiya şöbəsində müalicə olunub, vəziyyəti yaxşılaşınca palataya köçürülüb.