Çin ABŞ-ın çip nəhəngi Micron Technology tərəfindən istehsal olunan məhsulların milli təhlükəsizlik riski yaratdığını bildirərək kritik layihələrdə qadağan edildiyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Çinin Kiberməkan İdarəsi (CAC) Amerikanın ən böyük yaddaş istehsalçısının “ciddi şəbəkə təhlükəsizliyi riskləri” yaratdığını açıqlayıb.
Bu o deməkdir ki, firmanın çipləri dünyanın ikinci ən böyük iqtisadiyyatında iri infrastruktur layihələrində qadağan olunacaq.
Pekin və Vaşinqton arasında gərginlik artdıqca, bu addım Çinin ABŞ çip istehsalçısına qarşı ilk böyük addımıdır.
Micron sözçüsü BBC-yə şirkətin “Çində satılan Micron məhsullarını nəzərdən keçirdikdən sonra CAC-dan bildiriş aldığını” təsdiqləyib.
“Nəticəni və növbəti addımlarımızı qiymətləndiririk. Çin səlahiyyətliləri ilə danışıqların davam etdirilməsini səbirsizliklə gözləyirik”, – bəyanatda deyilir.






