Marseldə maşına kalaşnikovla hücum olub: 3 nəfər ölübbackend

Marseldə maşına kalaşnikovla hücum olub: 3 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Marsel şəhərində avtomobilə silahlı hücum nəticəsində 3 nəfər həlak olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, ötən gecə içərisində 5 nəfərin olduğu avtomobilə silahlı basqın edilib.

Polis hücumun Kalaşnikov tipli silahlarla həyata keçirildiyini və hücumda 3 nəfərin həyatını itirdiyini açıqlayıb.

Hücum edənlərin və sağ qalan 2 nəfərin hadisə yerindən qaçdığını bildirən polis hücumu narkotik ticarəti ilə əlaqələndirib.

Polis hücumun hədəfi olan 5 nəfərin şəxsiyyətinin müəyyən edildiyini və onların narkotiklərin çox olduğu kütləvi yaşayış evində yaşadıqlarını bildirib.

Hücum edənlərin tutulması üçün araşdırma başlanılıb, indiyədək 5 nəfərin nəzarətə alındığı bildirilib.

Marseldə bu il narkotik ticarəti ilə bağlı hücumlarda ölənlərin sayı 21-ə çatıb.