Səudiyyə Ərəbistanı astronavtları Əli Karni və Rayyane Bernavi ilə kosmik gəminin (AX-2) buraxılışı uğurla həyata keçirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Karni və Bernavi də daxil olmaqla kosmik gəminin buraxılaraq Beynəlxalq Kosmik Bazaya doğru hərəkət etdiyi bildirilib.
Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA mayın 17-də Karni və Bernavinin kosmosa səyahət üçün hazırlıqlarının tamamlandığını bildirib.
Səudiyyə Ərəbistanı Kosmik Agentliyi ötən ilin sentyabrında “Vision 2030” çərçivəsində kosmos proqramının işə salındığını açıqlayıb. Kosmos sənayesi sektorundan faydalanmaq və bu sahədə araşdırmalara töhfə vermək məqsədi daşıdığı bildirilib.
Rayyane Bernavi və Ali Karninin AX-2 kosmik gəmisi ilə gedəcəkləri bildirilib.
Kosmik gəminin ilin ikinci yarısında ABŞ-dan yola düşəcəyi bildirilərkən, proqram çərçivəsində astronavtlar Meryem Firdevs və Əli əl-Qəmdinin də kosmosun tədqiqi ilə bağlı təhsil alacağı açıqlanıb.






