“Vahid Milli Hərakat”ın seçkiləri başa çatıb – Azad Kərimov qərargah sədri seçilibbackend

“Vahid Milli Hərakat”ın seçkiləri başa çatıb – Azad Kərimov qərargah sədri seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marneulidə “Vahid Milli Hərəkat” partiyasında qərargah sədrliyinə keçirilən seçkilər başa çatıb.

İnterpress.az xəbər verir ki, dünən səhər saat 09:00-da başlayan səs vermə axşam saat 20:00-da yekunlaşıb. Açıqlama verən Marneuli Bələdiyyə Məclisinin deputatı və seçki məntəqəsinin komissiya üzvü Nərgiz Əliyeva bildirib ki, səs çoxluğu ilə Azad Kərimov qərargah sədri seçilib.

O bildirib ki, seçki prosesi bütün qaydalara uyğun keçirilib və səsvermə zamanı hərhansı ciddi qayda pozuntusu qeydə alınmayıb. Əliyeva qeyd edib ki, qərargah sədrliyi üzrə partiya daxili seçkilərdə Azad Kərimov 660 səs, Eldar Mustafayev isə 392 səs toplayıb. Azad Kərimov əməkdaşlarmıza müsahibəsində qeyd edib ki, seçkilərdə iştirak etmək üçün ümumilikdə 1900 vətəndaş müraciət edib, onlardan 1700 nəfəri qeydiyata alınıb. O bildirib ki, seçkilər MSK-nın istifadə etdiyi reqlamentə və metoda uyğun şəkildə aparılıb. Azad Kərimov ona səs verən bütün vətəndaşlara təşəkkür edib və onların etimadını doğruldacağına söz verib.