Prezident: Bu gün keçiriləcək Litva-Azərbaycan biznes forumu önəmli addım olacaqbackend

Prezident: Bu gün keçiriləcək Litva-Azərbaycan biznes forumu önəmli addım olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyasi müstəvidə əldə edilmiş razılaşmalar, təbii ki, digər sahələrə də öz müsbət təsirini göstərir.

Bunu Prezident İlham Əliyev litvalı həmkarı ilə mətbuata birgə bəyanatı zamanı deyib.

“Biz çox ümid edirik ki, gələcək illərdə iqtisadi-ticarət sahəsində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək. Əminəm ki, bu gün keçiriləcək biznes forum bu istiqamətdə atılan önəmli addım olacaq”, – dövlət başçısı vurğulayıb.

Azərbaycan Prezidenti biznes qurumlarının birgə fəaliyyətinin ticarət dövriyyəsinin artırılmasına da gətirib çıxaracağına əmin olduğunu qeyd edib.

“Onu da bildirməliyəm ki, hər iki tərəfdən çox böyük maraq var. Prezident Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində keçən ilin may ayında Bakıda da Litva-Azərbaycan biznes forumu keçirilib”, – Prezident İlham Əliyev əlavə edib.