Belarusda Ryanair təyyarəsində tutulan dissident amnistiya ilə azadlığa buraxılıbbackend

Belarusda Ryanair təyyarəsində tutulan dissident amnistiya ilə azadlığa buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko iki il əvvəl Afinadan Vilnüsə bomba hədəsi ilə Minskdə təcili eniş edən Ryanair təyyarəsində tutularaq həbs cəzasına məhkum edilmiş dissident Roman Protaşeviçi əfv edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Protaşeviç Lukaşenkonun mayın 16-da amnistiya elan etdiyini və əfvlə bağlı lazımi sənədləri imzaladığını bildirib.

Əfvlə azadlığa çıxan Protaşeviç deyib: “Əlbəttə, bu əla xəbərdir. Bu qərara görə mən şəxsən prezidentə və ölkəyə minnətdaram”.

Mayın 3-də Minsk Rayon Məhkəməsi Protaşeviçi Belarusda terror aktlarında iştirak etdiyinə görə 8 il müddətinə azadlıqdan məhrum edib.