“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi Meta, Avropa Birliyinin (Aİ) fərdi məlumatların qorunması qanununu pozaraq, istifadəçi məlumatlarını ABŞ-a göndərdiyi aşkar edildikdən sonra “rekord” 1,3 milyard dollar cərimələnib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İrlandiya Məlumatların Mühafizəsi Komissiyasından verilən məlumata görə, Meta məlumat ötürülməsi pozuntularına görə 1,3 milyard dollar cərimələnib.
İrlandiya Məlumatların Mühafizəsi Komissiyasının qərarı nəticəsində Meta həmçinin 5 ay ərzində ABŞ-a istənilən şəxsi məlumat ötürülməsini dayandırmalı və 6 ay ərzində məlumatların işlənməsi fəaliyyətini komissiyanın qaydalarına uyğunlaşdırmalıdır.
Bu vəziyyətin şirkətin məxfilik tətbiqləri ilə əlaqəli olmadığı, ABŞ və AB arasında gizlilik hüquqları çərçivəsində köklü bir hüquqi ziddiyyətdən qaynaqlandığı iddia edilib.
Qərarın “ədalətsiz” və “lazımsız” olduğu və “təhlükəli presedent” yaradacağı qeyd edilən açıqlamada, qərardan şikayət veriləcəyi və Avropada Facebook-un istifadəsində birdən-birə axsama yaşanmayacağı vurğulanıb.
Ekspertlərin fikrincə, bu qərar ABŞ hökumətinin Meta və bir çox oxşar beynəlxalq şirkətlərin məlumatlarının mühafizəsi tədbirlərinə nəzarəti gücləndirməsinə səbəb ola bilər.