ABŞ-ın Nebraska ştatında abort qadağan edildibackend

ABŞ-ın Nebraska ştatında abort qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Nebraska ştatında hamiləliyin 12-ci həftəsindən etibarən abortları qadağan edən qanun layihəsi qəbul edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Respublikaçı Nebraska qubernatoru Cim Pillen keçən həftə ştatın qanunverici orqanı tərəfindən hamiləliyin 12-ci həftəsindən abortu qadağan edən qanun layihəsini imzalayıb.

12 və ya daha çox həftəlik hamilə olan qadınlar, zorlama, qohumluq əlaqəsi və təcili tibbi yardım halları istisna olmaqla, abort etdirə bilməyəcəklər.

Qanun layihəsi çərçivəsində oktyabr ayından etibarən 19 yaşından kiçiklərin cinsiyyət dəyişdirmə əməliyyatı keçirməsi və bu çərçivədə hormon terapiyası almasının qarşısı alınacaq.

Qubernator Pillen bu günün Nebraska ştatı üçün “tarixi” bir gün olduğunu ifadə edərək, körpələri qoruduğunu ifadə etdiyi sözügedən qanunun mühafizəkarlar üçün əhəmiyyətli bir qələbə olduğu fikrini bölüşüb.