Ördəklərə yolu keçməsinə kömək edərkən öldü – FACİƏbackend

Ördəklərə yolu keçməsinə kömək edərkən öldü – FACİƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kaliforniyada ördəklərə yolu keçməsinə kömək edən şəxs avtomobil vurması nəticəsində ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

41 yaşlı Casey Rivara Sakramentodan təxminən 40 kilometr şimal-şərqdə yerləşən Rocklin şəhərində nəqliyyatın intensiv hərəkət etdiyi yolu keçmək istəyən ördəkləri keçirməyə çalışıb.

Maşından düşən Rivara gənc sürücünün idarə etdiyi avtomobil tərəfindən vurulub.

İnsanlar qəza yerinə gül buketləri və rezin ördəklər qoyublar.

Faktla bağlı araşdırma aparılır.