Türkiyənin Konya şəhərinin Qulu rayonunda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Hadisə yerinə tibbi yardım və polis cəlb edilib.
Qəza zamanı avtomobilin sürücüsü xəsarət almasa da, nəqliyyat vasitəsində olan 5-i uşaq olmaqla 9 nəfər xəsarət alıb.
Yaralılara təcili yardım maşınları ilə Qulu Dövlət Xəstəxanasına çatdırılıb və onlara tibbi yardım göstərilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.