Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin PMK adlanan yaşayış massivində qeydə alınıb.
Qqəza nəticəsində 1997-ci il təvəllüdlü Üzeyir Kərimov və 1978-ci il təvəllüdlü Elnur Abıyev xəsarət alıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.