Kilsələrdəki sui-istifadə hesabatının nəticəsi: onun ölçüsü məlum olduğundan çox böyükdürbackend

Kilsələrdəki sui-istifadə hesabatının nəticəsi: onun ölçüsü məlum olduğundan çox böyükdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın İllinoys ştatında Roma Katolik Kilsələrində baş verən təcavüz halları ilə bağlı hesabat dərc edilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Məlumata görə, uşaqlara qarşı cinsi qısnamaların miqyası məlum olduğundan qat-qat çoxdur.

Roma Katolik Baş Yeparxiyasının kilsələrinin cinsi təcavüz hesabatı üçün 5 il ərzində iş aparılıb, 100 mindən çox sənəd araşdırılıb,

Nəticələr üzə çıxarıb ki, uşaqlara cinsi zorakılıq edən din xadimlərinin sayı məlum olduğundan qat-qat çoxdur.

İstintaqdan əvvəl sui-istifadə etdiyi sübuta yetirilən 103 keşiş var idi və yeni hesabatda bu rəqəmin 451-ə yüksəldiyi bildirilir.

Dövlət Baş Prokurorluğu bəyan edib ki, kilsənin idarə etdiyi müəssisələrdə 2000 uşaq cinsi istismara məruz qalıb.

Təxminən 700 səhifəlik hesabatda kilsə rəhbərliyinin hadisələri ört-basdır etməyə çalışdığı vurğulanıb.

Hesabatda o da bildirilib ki, keşişlər xüsusilə 1980-90-cı illərdə işdən çıxarılmaq əvəzinə başqa bölgələrə təyin edilib.