Ötən həftə İtaliyanın Emilia Romagna bölgəsində leysan yağışlar nəticəsində baş verən sel fəlakətində itkin düşən şəxsin cəsədi tapıldıqdan sonra ölənlərin sayı 15-ə çatıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Keçən həftə bölgədə daşqınların ən çox zərər çəkdiyi yerlərdən biri olan Luqoda itkin düşmüş bir adamın cansız cəsədi tapılıb.
Bildirilib ki, mayın 17-dən itkin düşən 68 yaşlı kişinin cəsədi İtaliya Jandarma qrupları tərəfindən tapılıb. Buna görə təbii fəlakətdə həyatını itirənlərin sayı 15-ə çatıb.
Bu arada, Ravenna Baş Prokurorluğunun fəlakətlə bağlı araşdırma başlatdığı bildirilib.
Digər tərəfdən güclü yağışın ola biləcəyi xəbərdarlığı ilə bölgədə “qırmızı həyəcan” vəziyyəti davam edir.
Sel sularının çəkildiyi şəhər və qəsəbələrdə yerli əhalinin təmizlik işləri və zərərin qiymətləndirilməsi işləri davam edir.
Daşqın səbəbindən baş nazir Giorgia Meloni başçılıq etdiyi sağçı koalisiya hökuməti su basmış bölgənin ehtiyacları üçün 2 milyard avrodan çox vəsait ayırmağa qərar verib.