“Paşinyanın bəyanatından sonra Xankəndindəki separatçılar tabe olmayacaqlarını açıq şəkildə elan edirlər” – RƏYbackend

“Paşinyanın bəyanatından sonra Xankəndindəki separatçılar tabe olmayacaqlarını açıq şəkildə elan edirlər” – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyanın “Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” bəyanatından sonra Xankəndindəki separatçılar tabe olmayacaqlarını açıq şəkildə elan edirlər”.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

“Bundan sonrakı mərhələdə bu mövqelərini davam etdirmək üçün “silahlı müqavimət” təşkil edəcəkləri ehtimalı daha böyükdür. Həbsxanalardan cinayətkarları azad etmək istəkləri də “döyüşə” canlı qüvvə toplamaq məqsədi daşıyır. Xocalıda silahlı dəstələri sülhməramlıların müşaiyəti altında artıq təlimlər keçir. Mümkün təxribatlar zamanı Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyəcəkləri bəllidir, lakin qarşıdurma, xüsusilə əhalinin zərər görəcəyi vəziyyətin yaradılması ilə reinteqrasiya prosesinin başlanması perspektivini baltalayırlar”, – o əlavə edib.